Quba: Yuxarı Digah kəndində qaz problemi

10 İyul 2021, 18:42

Açıq mənbələrdən foto

Azəriqaz bildirdi ki, tezliklə problem həllini tapacaq, qazlaşdırılma mərhələli şəkildə olunur

Qubanın 1000 nəfərə yaxın əhalisi olan Yuxarı Digah kəndində qaz yoxdur. Bu barədə, 10 iyul tarixində sakinlər Real TV-ə şikayyətlərini bildirdi. 

Sakinlərin sözlərinə görə, 2 il öncə qaz xətti çəkilməli idi. Bu problem hələ də həll olunmayıb.

Hazırda yanacaq kimi odundan istifadə edilir. Bu isə hər il 20 hektar meşələrə ziyan vurur. Meşə uzaqda olduğuna görə, odunun çatdırılması maddi baxımdan baha başa gəlir.

“Kəndin qazla təmin edilməsi üçün bütün qurumlara müaciət edilib”,- icra başçısının birinci müavini Tariyel İbrahimov bildirdi.

Məsələ ilə bağlı Azəriqaz bildirdi ki, Yuxarı Digah kəndi qazla təmin ediləcək məntəqələrin siyahısındadır.

2021-ci ilə qədər orta hesabla ölkə ərazisində 30-35 minə yaxın fərdi yaşayış evi qazlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.