Quba-Xaçmaz zonasında 1 hektar sahə üçün sığortanın qiyməti 7 manatdan hesablanacaq. Aqrar Sığorta Fondu fermerlərə taxıl və digər əkinləri 50 faiz dövlət güzəşti ilə sığortalamağı təklif edir. Bu haqda 9 iyul tarixində məlum olub.
Nəticədə iş adamları cüzi məbləğ ödəməklə öz sahələrini risklərdən və təbii fəlakətlərdən qoruya bilərlər. Sığortanın qiyməti sahədən və bitkinin növundən asılıdır. Sığortanın xərclərini hesablamaq üçün kalkulyatordan istifadə etmək olar.
İyun ayı ərzində Quba-Xaçmaz bölgəsində yerləşən tarlalarda dəfələrlə yanğın hadisələri baş verib. Aqrar sahələrinə ən böyük zərər dolu, yağış və yanğın zamanı dəyir.