FHN əməkdaşları Quba və Xaçmaz rayonlarının Yanğından Mühafizə xidmətinin əməkdaşlarına meşə yanğınları ilə mübarizə təlimləri keçirilib. Təlimlərdə Şahdağ və Samur-Yalama milli parklarının əməkdaşları da iştirak edib.
Əsas məqsəd əməkdaşların yanğın zamanı vəziyyətin düzgün və operativ qiymətləndirilməsi və effektiv əməliyyatlar aparılması olub. Onlara yanğının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatlardan istifadə qaydaları, dağlıq və çətin relyefə malik əraziyə texnikalarının operativ cəlb olunması qaydaları izah olunub.