Quba rayonunun Qrız kəndində məktəbin tikintisi zamanı orta əsrlərə aid olan qutu qəbirlər və qil qabları aşkar olunub. Bunu  bu gün, 10 iyul,  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəsmi nümayəndəsi bildirib.

Sahədə bütün tikinti işləri dayandırılıb. Ətraflı araşdırma üçün Arxeologiya İnstitutuna müraciət edilib.

Bundan öncə Tovuzda 18-ci əsrin ortalarına aid olan evin qalıqları tapılmışdır.