Quba: 7 kəndin yol problemi

10 İyul 2021, 18:33

Açıq məmbələrdən foto

Qubanın Tüləkəran və daha 6 kəndinin yolları heç vaxt əsaslı təmir olunmayıb. Bu barədə 10 iyul tarixində sakinlər Real TV-ə şikayyətlərini bildiriblər.

Sakinlərin sözlərinə görə, yayda toz, qışda isə palçıq səbəbindən yolda hərəkət etmək mümkün deyil. Rayon mərkəzinə gedən yolun yarısı asfaltlanmayıb. Yolun təmiri ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət edilib.

Dövlət Avtomobil Yolları Agentliyindən verilən məlumata görə, gələcəkdə bu kəndlərə yolların çəkilməsi planı var və vəsait ayrılması gözlənilir.

Qubada son dəfə Amsarqışlaq kəndinin yolu 30 aprel 2021-ci il tarixində yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Yolun uzunluğu 2.5 km, eni isə genişləndirilərək 9 metrə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.